QƏZNƏVİ DÖVLƏTİ QURUCULARI VƏ QULAMLIQ MƏSƏLƏSİ
Bəzi tarix kitablarında Qəznəvi dövlətinin qurucuları Alp Təkin`in və Sübək Təkin`in savaşda əsir düşərək bir qulam kimi satıldıqları və qulamlıqdan böyük rütbələrə yüksələrək Qəznəvi dövlətini qurduqları ifadə edilməkdədir.[1] Samanoğulları (Samani) və Büveyhoğulları (Al-e Buyeh) dövlətləri ordularında da çox sayıda Türk`ün olduğu və bu dövlətlərin ordularının çoğunluğunun Türklərdən təşəkkül etdiyi bilinməkdədir.[2] Bu əsgərlərin özlərini bu dövlətlərə satdıqları, ondan ötürü bu əsgərlərin də qulamlar olduqları və ordunun da qulamlardan təşəkkül etdiyi iddia edilməkdədir.[3] Ayrıca Alp Təkin və Sübək Təkin`in savaş əsiri olduqları və birincisinin Samanoğulları`na, digərinin isə Alp Təkin`ə satılması[4] ırqçı və Ariaist görüşlü araşdırıcılara O`nları və Türkləri təhqir etməyə fürsət vermişdir. Hətta Sübək Təkin`in mənasını Fars dilindən çıxardaraq yüngül və ağılsız mənasına gələn Farsca ”səbok” kələməsindən yarandığını iddia etməkdədirlər. Bu iddianın təkin (şahzadə) unvanıyla uymadığı və ayrıca Türk tarixində muəyyən birliklər başçısı olan sübəy, subay kələməsinin varlığı[5] da bilindiyi üçün bu adın Sübək şəklində yazılması daha doğru görülməkdədir. Bu yazı bu mövzuda bəzi məsələlərə toxunmaq və aydınlatmaq məqsədiylə yazılmışdır.
1. Qəznəvi dövlətinin qurucuları Alp Təkin və məxsusən Sübək Təkin adlarında prəns və şahzadə mənasına gələn “təkin” unvanı vardır. Bu unvanın hökümdarın oğlu və qardaşlarına verilən bir unvan olduğu[6] və bu da onların seçgin və yuxarı siniflərə aid insanlar olduqlarını göstərməkdədir. Zatən Beyhəqi Alp Təkin`in babasının Guzganan hakimi olduğuna işarət etməkdə[7] və bu da Alp Təkin`in bir şahzadə vəya əmirzadə olduğunu göstərməkdədir. Samanoğulları`nın Qaraxanlılarla çox savaşdıqları və bir neçə dəfə onları məğlub etdikləri bilinməkdədir.[8] Sübək Təkin`in də bu savaşlarda əsir düşmüş bir Qaraxanlı şahzadəsi vəya əmirzadəsi olduğu təxmin edilməkdədir. Zatən məharətləri və becərikli olması da buna bir subut sayılır. Corfadeqani yarım cümlədə onun Türk soylu bir qulam olduğunu yazdıqdan sonra ən az yarım səhifədə onun məharətləri və xislətlərindən yazmaqdadır: “Əmir Naserəddin Səbuktəgin ğolami bud Torki nejad, Məxsus be feyze elahi, arasteh beh ayine səltənət və padeşahi. Ruz kuşeş çun şire hameh ənf, gah bəxşeş çun əbr kərəm və lotf, hengame daad çun bade cəhəndeh bər qəvi və zəif, və çun aftabe tabəndeh bər vəzii və şərif, be hemmət çun dərya keh dər dəheş əz kaheş nəyəndişəd, dər təhəvvor çun seyl keh əz şib-o fəraz nəpərhizəd, rəye u dər zolməte həvades çun setareh rəhnoma, və tiğe u dər məfasele əda (doşmənan) çun qəza gerehgoşa, asare nəcabət və şəhamət dər şəmayele u roşən-o peyda, və dəlayele yomn və səadət dər sukun və hərəkəte u hoveyda”.[9] Burada diqqəti iki nöqtə çəkməkdədir. “Tanrı`nın inayətinə haiz və hökümdarlıq və padışahlıq ayinini bilməsi`. Burada böyük ehtimal ki Türklərin qut inancı nəzərdə tutulmaqdadır. Qut, allahın hökümdara verdiyi siyasi hakimiyət gücüdür və o olmadan hökümdar taxtda qalabilməz.[10] Bu güc hökümdar ailəsində təcəlli edər və məmuli, normal insanlarda görülməz. Zatən Alp Təkin`in ölümündən qıssa zaman sonra Sübək Təkin`in taxta çıxabilməsi, onun qabaqcadan şahzadə olması və bu gücün də onda təzahür etməsiylə açıqlana bilər. Bu da onun hökümdar ailəsinə mənsub olduğunu və seçgin sinifdən gəldiyini göstərməkdədir. Bunu başqa faktlar da dəstəkləməkdədir. Alp Təkin`in xidmətinə girdikdən qıssa bir zaman sonra onun qabiliyətləri gün ışığına çıxmış və böyük rütbələrə yüksəlməyə başlayaraq Qəznə şəhri valisi olmuşdur.[11] Alp Təkin də Samani hökümdarı Əbdülməlik`in sarayında “haciblər hacibi” məqamına haiz idi. və çox güclü olmasından və hər işdə sözü geçməsindən ötürü saraydan uzaqlaşdırılmış və Xorasan valiliyinə təyin olmuşdur. Sonra o məqamdan da alınaraq öldürülməsinə çalışılmış və O da Qəznə`yə gedərək orda yarı müstəqil bir dövlətin əsaslarını qoymuşdur.[12]
Təbəqat-e Naseri`nin verdiyi məlumata görə Sübək Təkin`in babasının adı Qara Bəckəm[13] olaraq geçməkdə və O`nun savaşmaqda və cəsarətdə çox məşhur olduğu ifadə edilməkdədir. Onun adını eşidən hərkəs qabağından qaçırdı. Təbiidir ki belənçi savaşkan bir ailənin uşağı da bu məharəti babasından almış olmalıdır.[14] Sübək Təkin`in soyağacı bu şəkildə qeydə alınmışdır: Sübək Təkin bin Cuq Qara Bəckom bin Qara Arslan bin Qara Milət bin Qara Yağman bin Firuz bin Yazdcird (Sasani hökümdarı).[15] Bu şəcərə doğruysa Sübək Təkin`in kral ailəsindən gəldiyi və soylu birisi olduğu təyid edilməkdədir.
2. O dövrlərə ötəri bir göz atdığımız zaman çox sayıda savaşların olunduğu görülür. Xəraclar, savaş əsirləri və qənimətlər o dövr savaş ekonomisinin mühüm qazanclarından sayılır. Çox sayda savaşın nəticəsi çox sayda da savaş əsiri idi və hər halda bu qədər əsirin çox olduğu bir zamanda Xorasan valisi Alp Təkin`in diqqətini çəkən əsirlərin məxsus insanlar və qabiliyətli olmaları lazim idi. Sübək Təkin`in də uzun boyu və qabiliyətləri valinin diqqətini çəkmiş olmalıydı.
3. Yuxarıda Alp Təkin`in babasının Guzganan valisi olduğunu ifadə etmiştik. Məşhur Səlcuqlu vəziri Nizamü`l-Mülk, Alp Təkin`in Samanilər dövründə yetişdiyi və onların bəndəsi olduğunu yazmaqdadır.[16] Bəndə kələməsi Həxaməniş dövründən məlumdur və bu kələmədə əslən qul və qulamlıq mənası yoxdur. Həxaməniş hökümdarı Dariuş yuxarı səviyəli saray adamları və ordu başçılarını öz bəndəsi olaraq görməkdədir.[17] Bu unvanın Sasanilər dövründə də işləndiyi görülməkdədir. Bu kələmənin isyan etmiş Behram Çubən kimi böyük və seçgin bir ordu başçısı haqqında işləndiyi qeyd olunmuşdur.[18] Araşdırıcıların çoxu bəndənin qul olmadığı fikrində həmfikirdirlər.[19]
4. Sübək Təkin`in bu hikayəsi bənzər motifləri xatırlatmaqdadır. Bilindiyi kimi tarixdə hökümdar soyundan gələn bir çox böyük insanın tarixi məcrasından atıldığı və aradan aparılmaq istənildiyi görülməkdədir.. Bu insanlar uşaqlıqlarında umumən bənzər bir motif olaraq suya atılır, ancaq onlar ilahi və hökümdar soyuna məxsus gücləri sayəsində təkrar öz mövqeyinə dönərlər və hökümdar olurlar. Bu dönüş yolculuğunda da çoban, qurd, quş, kimi qoruyucu faktorlar ortaya çıxar və onların bu dönüş yolculuğunda onlara yardım edərək önəmli rol oynarlar. Akad kralı Sarqon suya atılmış və birisi tərəfindən sudan alınaraq krallığa yüksəlmişdir.[20] Musa peyqəmbərdə də bənzər bir hikayə görülməkdədir.[21] Mifolojik İrani sülalə Kəyanian 8. hökümdarı Darab suya atılmış və 32 il sonra geri gələrək təkrar kral olmuşdur.[22] Eyni sülalənin ilkin hökümdarlarından Keyqubad`ın da sudan alınması ifadə edilməkdədir.[23] Həxaməniş hökümdarı Kuruş`un qurtarıcısı bir çoban olmuşdur.[24] Roma şəhrinin qurucuları kimi bilinən Romos və Romolos`u və Orta Asiya boylarından Vusun krali Kun-mi`ni bir qurd qurtararaq bəsləmişdir.[25] Bu numunələrin sayını çoxaltmaq mumkundur. Sübək Təkin`in hikayəsi də bunlara bənzəməkdədir. Şahzadəlikdən gulamlığa və krallık gücləri sayəsində ordan təkrar hökümdarlığa yüksəlmək motifi bəzi elementləri dəyişik olsa da eyni hikayə olduğu görülməkdədir.
Mətində geçən mıx da uğur və şans simvoludur və bu da hökümdarlığın təkrar Sübək Təkin`ə geri gələcəyini göstərməkdədir.
[2] Grousset R., Emperaturi-ye Sahranavardan, Farsçaya Çev: A. Meykadeh, Enteşarat-e Elmi-Farhangi Yayınları, s. 248
[4] Qazwini H. M., Select History or Tarikh-e Gozide, s. 78
[6] Donuk A., Eski Türklerde İdari-Askeri Unvan ve Terimler , Türk Dünyası Araştırmaları Vakfı Yayınları, İstanbul 1988, s. 48
[11] Nizamü`l-Mülk, Siyaset-name, s. 135-136; Corfadeqani A., agə, s. 20
[13] Beçkem ipəkdən vəya vəhşi inək quyruğundan düzəlmiş bir nişan və əlamət idi. Savaş günlərində iyitlər onu atlarına taxardı. Oğuzlarda pərçəm şəklində işlənmişdir, Kaşqarlı Mahmud, Divani Lugat`it-Türk, 1. cild, s. 483
[17] Briant P., Emperaturi-ye Hakhamaneşi, 1. cilt, Qətre ve Forouzan Yayınları, Tehran 1381/2002, s. 508
[19] Wolski J., Şahanşahi-ye Aşkani, Gognus Yayınları, Tehran 1383/2004, s. 118; Briant P., age, 1. cilt, s. 508
[20] King Leonardo Wooley, Chronicles Concerning Early Babylonian Kings, II, London, 1907, 87–96. paragraflar
[21] Kur’an, Kısas Suresi
[24] Briant P., agə, s. 24
[25] Plutarch, Lives of the Noble Grecian and Roamns, Romulus, 2. paragraf
Hiç yorum yok:
Yorum Gönder