Tarihçi-Araştırmacı

Tarihçi-Araştırmacı/Historian-Researcher/مورخ و محقق


Bloqa Xoş Gəlmişsiniz/Bloga Hoşgeldiniz/Welcome to the Blog/به بلوگ خوش آمدید/بلوقا خوش گلمیشسیز/


20 Kasım 2010 Cumartesi

SEKULARLIQ VƏ LAİKLİK ÜZƏRİNƏ


Tarixdən Günümüzə Din Düşüncəsi və Din Qurumunun Bizdəki Yeri və Bağımsızlıq Sonrası Qurulacaq Olan Dövlətimizn Şəkli



Son günlərdə mediamızda sekularlıq və laiklik bəhslərinin başlandığı, bəzi aydınlarımız və yazarlar tərəfindən də bu mövzu üstündə və bizə uyğun dövlət modelləri üzərində yazıların qələmə alındığı görülməkdədir. Güney Azərbaycan Diyasporası tərəfindən 12 Dekabr 2009`da keçirilən Amsterdam Diyaloq Toplantisi bildirisinin 3. maddəsi də “Azərbaycan Milli Hərəkəti sekular dövlət qurma tərəfdarıdır və bu yolda mubarizə aparır” kimi qeydə alınmışdır.
Bilindiyi kimi bu məsələ dinin toplum hayatındakı yeri və fərdlərin düşüncəsindəki əhəmiyətinə bağlıdır. Digər tərəftən din qurumunun vəziyəti və mövqeyi də bu sistemin təyin edilməsində muhimdir. Sekularlıq və Laiklik qavramları qərb ölkələri məhsuludur və təkamul mərhələlərini də orada keçirmişlər. Onun üçün mövzuya girmədən qabaq bunların mənalarına göz atmaq və ondan sonra bizə bunlardan hansısının uyğun olacağı üstündə durmaq daha yeridə olacaqdır. Laiklik və sekularlıq mövzularında da fərqli təriflər irəli sürülmüş və bu qavramlar fərqli sahələrə tətbiq verilmişdir. Burada bu qavramların qıssaca açıqlamasını və tətbiq sahələrini gözdən keçirəcəyik.
Laik ve laiklik “din adamı olmayan fərd, dinadamları sinifi xaricində qalan xalq” mənasına gələn Latincə “laicus” və Yunanca “laos” ve “laikos” kələmələrindən gəlməkdədir və dövlət idarəsində heç bir dinin referens alınmamasını və dövlətin bütün dinlər qarşısında tərəfsiz qalmasını mudafiə edən prensibdir. Xiristiyanlığın ilk yüzilliklərindən etibarən dinadamları sinifinə klerikoi (Latincə`də clerici), Bu sinifin xaricində qalanlara isə laikoi (Latincə`də laici) deyilmişdir.
Sekular kələməsi Latincə “nəsil, zaman dilimi” mənasına gələn “saeculum”dan gəlir. Xiristiyan Latincə`sində isə “saeculum” kələməsi “dünya” mənasını da qazanmışdır. Yəqin ki bu məna dəyişməsi zaman dilimində yerləşməyən, əzəli və əbədi olan tanrı qavramı qarşısında zaman diliminə sığan dünyəvi varlıqlar qavramının gəlişməsi düşüncəsindən meydana gəlmişdir. Sekular və sekularlıq xalqın dünyəvi işlərinə dinin qarışmaması və bu işlərdə dinin hər hansı bir təsirinin olmaması düşüncəsidir.
Avropa`da Orta Əsrlərin başa çatması, edebiyat, incəsənət və bilimdə rönesansın başlaması və Aydınlanma Hərəkəti`nin sürətlənməsiylə kilisənin dövlət üstündəki nufuzunun qırılması prosesi güclənmiş və məxsusən Katolik məzhəbli ölkələrdə din qurumunun dövlət tərəfindən kontrol edilməsiylə nəticələnmişdir. Katolik ölkələrdən inanc baxımından fərqlənən Anglikan və Protestan məzhəbli ölkələrdə isə bu proses biraz fərqli bir məcrada seyr etmişdir. Bu məzhəblərə mənsub dinadamları və insanları bir mərtəbə yuxarıya çıxaraq din düşüncəsinin dünyəvi işlərdə muəssir olmaması düşüncəsini bərpa etməyə çalışmışlar. Bu da sekularlıq düşüncəsinin yaranmasına səbəb olmuşdur. Yəni Latin dünyasının böyük bir qismi və Katolik ölkələrdə dini kontrolu altına alan laik bir sistem qurulurkən Alman və İngiltərə kimi Anqlosakson ölkələri insanlarında sekular düşüncə hakim olmaya başlamışdır. Bu iki ölkədə Katolikliğin qatı prensiblərinə qarşı reform mahiyətində olan Anglikan və Protestan məzhəbləri bu düşüncənin yaranmasında ən əsasi rolu oynamışlar. Bunun yanında din muəssəsəsinin dövlət içindəki yeri və xalqdan aldığı dəstək əsasında iqtidarda oynadıkları rolu da göz gabağında tutmaq lazimdir. Əlbəttə bu düşüncənin ortaya çıxması da rahat və qıssa bir zaman dilimində olmamışdır. Dünyəvi dediyimiz məsələlərin və işlərin dəqiq mahiyəti və fonksəyonu elmi bir şəkildə ortaya çıxarıldıqdan sonra və bunun xalq tərəfindən qəbul olmasıyla bu fikir yavaş yavaş formalaşmağa başlamışdır. Hələ də bizim tərəflərdə tabu sayılan bəzi məsələr qərb dünyasında çoxdan həll yolunu tapmış və insanların ona olan münasəbəti bəlli olmuşdur.
Laiklikdə din işlərini dövlət işlərindən ayrı tutan, bütün dinlərə tərəfsiz və eyni məsafədə duran və dini kontrol edən bir dövlət və düzəndən söz edərkən bir düşüncə şəkli olan sekularlıqda bu düşüncənin dövlət, toplum və etik (əxlaq) kimi fərqli sahələrə tətbiq edilməsiylə sekular dövlət, sekular huquq və sekular etik kimi qavramlardan söz edilməkdə və din muəssəsəsinin dövlət kontrolunda olmadan ondan müstəqil hərəkət etdiyi görülməkdədir. Dini olmayan bir çox etik mövzular vardır və bunlar sekular etik başlığı altında sinifləndirilir.  Sekular toplum yuxarıda da söz edildiyi kimi dünyəvi məsələlərdə dini qarışdırmayan və qərarlarında dinin qaynaq olmaması noqtasına yetişən bir toplumdur. Yəni din bir yarğı, dəyərlər və etik qaynağı olaraq toplum hayatından çəkilmişdir. Sekular dövlət isə sekularizmin siyasi boyutuyla əlaqəlidir və dövləti sekular əsaslara dayanaraq tərif edər. Ancaq bunu unutmamaq lazimdir ki bu düşünmə səviyəsinə yetişmiş insanlar və sistemdə bu kimi müstəqillikdən söz edilə bilər.
Bizim vəziyətimiz və bizə uyğun bir sistem məsələsinə gəldiyimizdə bizdəki toplum psixologiyasında din düşüncəsinin önəmini və rejim içində din muəssəsəsinin yerini diqqətli bir şəkildə analiz etmək lazimdir. Bunu da iki mərhələde dəyərləndirmənin doğru olacağını düşünməkdəyəm:
1. İslam`dan qabaq Türklərdə din düşüncəsi və din muəssəsəsinin Türk toplumundakı yeri
2. Orta Doğu ölkələrində dini düşüncə və din muəssəsəsinin yeri
3. İran`da ve İrani boylarda din düşüncəsi və din muəssəsəsinin yeri
2. İslamiyət`in qəbulundan və İran topraqlarına gəldikdən sonra Türklərdə dini düşüncənin və toplumdakı din muəssəsəsinin yeri mövzusunda yaşanan dəyişikliklər

İslam`dan qabaqkı Türklərin dini inancları Göy Tanrı, Yer Sular və təbiət quvvələrinə inanma və ibadət etmə şəklində tərif olar və bu tərif bir çox elm adamı tərəfindən qəbul olmuşdur. Bəzi alimlər də Şamanlığı qədim Türklərin dini olduğunu irəli sürərlər. Ancaq Şamanlığın mahiyəti onun bir dindən çox bir sehri ayinə bənzədiyini və dinin bəzi şərtlərinə haiz olmadığı görülür. Qədim Türklərdə dinadamları sinifinin görülmədiyi və bundan ötürü bir din muəssəsəsinin olmadığı, xaqanın dini ayinləri yerinə gətirmədə ən böyük dinadamı olduğu umum qəbul görməkdədir. Bütün step boylari və tayfalarında olduğu kimi yarı köçəri və köçəri Türklərdə də tapınaq və mə`bədlər tikilməmişdir. Gərçi bəzi alimlərə görə Göy Türklərdə Buda dininin varlığına və bəzi hükümdarların bu dini qəbul eləməsinə dair faktlar vardır, ancak bunun geniş olmadığı qəbul edilməkdədir. Yuxarıda yazılanları Asiya Hunları haqqında Çin qaynaqlarının verdiyi məlumatlar, Avropa Hunları haqqında Bəzans və Roma tarixçiləri və yazarlarının qeydə aldıqları və Göy Türk abidələrinin muhtəvası böyük ölçüdə doğrulamaqdadır.
Uyğurlar dövrünə gəldiyimiz zaman məsələnin dəyişdiyini, Maniliyi qəbul etmiş Uyğurlarda yavaş yavaş Mani dinadamları sinifinin ortaya çıxdığını və gedərək bir din muəssəsəsinin yaranmaya başladığı görülür.
İslamiyəti qəbul edən ilk Türk xanədanı Qaraxanlılar dövründən etibarən din muəssəsəsinin kamil bir şəkildə Türk toplumunda yerləşdiyi, müsəlman dinadamları sinifinin ortaya çıxdığı görülməkdədir. Qəznəvilərlə Orta Şərq topraqlarına əl atan Türklər, Səlcuqlularla artıq bütün İran və Orta Şərq`in böyük qismini əllərinə keçirmişdilər. Bu da İslam dünyası və İran dünyasının təsirlərinə daha da məruz qalacağı anlamına gəlməkdədir.

Yəhudilik, Xiristiyanlıq və İslamiyət kimi böyük dinlərin və çox sayıda məzhəblərinin və qollarının qalxış yeri olan Orta Şərq dinin ən tutucu yeridir. Buradakı özəlliklər dünyanın heç bir yerində görülməməkdədir. Günümüzdə nufusunun böyük əksəriyəti müsəlman olan bu məntəqənin böyük qismi keçmişdə olduğu kimi bugün də ya teokratək hakimiyətlərlə, ya da monarşik bir diktatorluqla idarə edilməkdədir. Yəhudilik özəllikləri etibariylə çox az bir kütləyə məhdud qalmış, Xiristiyanlıq isə yayılma şərtləri və yollarını qədim Anadolu və Avropa`da tapmışdır. Dövlət din adına yönətilməkdə və bu isə bu insanların kültürünə tamamən uyğun gəlməkdədir. Əsasən Mezopotamya qaynaqlı Şərq istibdadı məşhurdur və bu istibdad görüldüyü kimi varlığını teokratik hakimiyətlər şəklində günümüzə qədər dəvam etdirmişdir.
Şiəliyə göz atdığımızda onun hər zaman iqtidarı əldə etmək üçün uğraşdığı, ancaq muvəffəq olmadığı, bundan ötürü tarixi boyunca bu məğlubiyətlərin nəticəsində iqtidar şövqündə olduğu bilinməkdədir. Ali`dən sonrakı imamların hamısı iqtidari əldə etmək yolunda öldürülmüşlər. Bu da bu məzhəbə inananlarda aşırı dərəcədə iqtidarı ələ geçirmə həvəsi yaratmışdır.

İran`a gəldiyimizdə burasının özünə məxsus siyasi, ictimai və kültürəl şərtləri olduğu görülməkdədir. Zərdüştiliyin Orta Asya`da qol butaq ataraq yavaş yavaş Həxaməniş və Əşkani dövləti topraqlarına da yerləşdiyi, Sasanilər dövründə isə dövlətin rəsmi dini halına gəldiyi, qurum və quruluşlarını oluşduraraq böyük bir muəssəsəyə təbdil olduğu görülməkdədir. Bu muəssəsənin, Sasani hökümdarlarının zəyif olduqları zamanlarda onlardan daha artıq gücə sahib olduğu görülür. Dinadamları sinifinin kamil bir şəkildə təşkilatlandıqları, böyük ərazilər əldə ettikləri və bundan ötürü  böyük sərvətlər qazanaraq iqtidarla paralel hərəkət ettikləri bilinməkdədir.
Zərdüştilik, Sasanilərin Ərəblər tərəfindən məğlub olması və müsəlmanların təzyiq və basqıları nəticəsində İran və şərq tərəflərindən əl ayağını çəkmək məcburiyətində qalmışdır. Zərdüştilərin çoxu müsəlman olmuşlar, bir qismi Hindistan`a muhacirət etmiş, az bir sayları da sıxıntılari təhəmmül etmiş və İran`da qalmışdılar. Ancaq müsəlman olanların arasında Sünni müsəlmanlığa tərs inanclar kök salmaqdaydı. Sünni İslam`ın əsaslarının teorizə edildiyi Əşairə düşüncəsinə qarşı önəmli sayları İranlılardan oluşan Mutəzilə düşüncə axımı təşkil tapmışdı. Ancaq bu axım hakim sülalələrin basqıları nəticəsində basdırılmış və bu düşüncəyə inananlar ağır sıxıntılara məruz qalmışdılar.
Şiə məzhəbi ilk olaraq Əli`nin tərəfdarlarına itlaq olunmuşdur. Bilindiyi kimi məxsusən Iraq`a gəldikdən sonra Əli`nin tərəfdarları arasında çox sayıda İranlı məvalilərdən vardı və Şiəliyin onlar arasında da yayıldığı bilinməkdədir. Sünni İslam dünyasına qarşı ortaya çıxan bu məzhəb Ərəb dünyasına qarşı olan İran`da da yayılmaya başlanmış və bu topraqlarda daha öncədən ortaya çıxmış muxalif inanclar tərəfindən də dəstəklənməkdeydi. Beş imamlı Zeydi Şiələri İran`a gəlib Təbəristan`a (Bugünki Mazəndəran) yerləşərək oradakı geniş dini fəaliyətlər etmişdilər.  Buveyhi (Al Buyə) sülaləsi və hakimiyəti qurulduğu zaman Şiəlik onlar arasında da yayılmışdı. Yəni Şiəlik ilk dəfə İran`da siyasi iqtidarı Buveyhilər dövründə əldə etməyə muvəffəq olmuşdur.
Müsəlman Səlcuqlu Türkləri İran topraqlarına axın edərək Abbasi xəlifəsini kontrolları altında saxlayan Şiə Buveyhiləri (Al Buyə) yıxmış və bu vəsilə ilə siyasi Şiə hakimiyətinə son vermişdilər. İsfahan`da isə Şiə Kakuye (Kakuveyhilər) sülaləsi də Səlcuqlular tərəfindən ortadan qaldırılmışdır. Bu, Göy Türk-Sasani savaşları və eyni zamanda Şiə-Sünni mucadələsinin dəvamı mahiyətində olduğu düşüncəsindəyəm.
Fars Şiə sülaləsi hakimiyətdən düşdükdən sonra Sünni Türk Səlcuqlular İran`a və Orta Şərq`in böyük hissəsinə hakim olmuşdular. Şiəlik də səssiz bir şəkildə camiədə qol budaq atmaqda ve nufuz dayirəsini genişlətməyə çalışmaqdaydı. Son İlxanli hükümdarları, Qaraqoyunlular və Səfəvilər dönəmində Şiəlik dövlətin resmi dini idi və Şiə cəmaatları güclərini artırmaya və təşkilatlanmaya çalışmaqdaydılar. Sünni sülalələr və hükümdarların bir sayının Şiə vəzirləri seçməsindən isə İran`da artıq bu məzhəbə inananlarının sayının çox artdığı anlaşılmaqdadır.
Muasir çağlara yaxınlaşdıqca dinadamlarının millət üstündə çox nufuzlu olduqları və millətdən aldıqları gücün sayəsində bəzən şahın qərarlarını ləğv eləmə gücünə sahib olduqları görülməkdədir. Milyonlarca insanı xiyavanlara çəkərək Pəhləvi kimi güclü dövləti yıxa bilməsindən, bu qurumun xalq arasındakı gücü və məşruluğu anlaşılır. Bu da dini inancların bizim içimizdə hələ də çox güclü olduğunu göstərməkdədir. Hər nə qədər Türklərdə İslam`dan qabaq bir din qurumunun varlığı görülməsə də, Türk insanının dini düşüncəsi Fars`dan və İran`ın digər etnik qurublarından fərqli olsa da, Şiə bir Türk`ün teokratik düşüncəsi və “Vilayət-e Fəqih” zehniyəti olmasa da ginə də Yüzilliklər boyunca aldığı təsirlər nəticəsində bugün Güney Azərbaycan Türk toplumunda da din qurumunun güclü olduğu görülür.   hər nə qədər İslam Cumhuriyəti din düşüncəsinin məxsusən gənclərdə zəyifləməsinə və din qurumunun sorqulanmasına səbəb olsa da hələ də xalqımızın böyük bölümündə və məxsusən az savadlı qismində, kiçik şəhər və kəndlərdə dini düşüncənin çox güclü olduğu görülür. Hələ də bizdə Məhərrəm ayı və Aşura günü mərasimləri əhəmiyətlidir və böyük mərasimlər şəklində bərpa olur, hələ də bizdə zəlzələ zamani Ayət Namazı qılanların sayı az deyildir, hələ də bidə Oruçluk ayındakı xurafəyə bənzər məsələlərə şiddətli bir şəkildə inanılır vs. Bunların sayını yüzlər danaya çıxartmaq mümkündür. Bundan ötürü biz səviyədə olan bir millətdə insanların sekular düşünməsi və bu sekular düşüncə əsasında sekular bir dövlətin qurulması mümkün görülməməkdədir. Bu topraqlarda insanların sekular düşünmə səviyəsinə yetişməsi Avrupa`dan daha uzun sürə bilər. Bəlkə də o mərhələlər burda heç yaşanmaya bilir. Türkiyə numunəsində gördüyümüz kimi bizdə də laik bir dövlətin qurulmasının mümkün olacağı və vaqeiyətlərə daha da müntəbiq düşəcəyi aşikardır.

Hiç yorum yok:

Yorum Gönder