Əvesta Gərçəkdən 12000 inək dərisi üstünə yazılmışdı mı? (Həxamənişlərin Yazı Kültürü Üzərinə)
Zərdüşti ədəbiyatında Əvesta`nın 12000 inək dərisi üstünə yazıldığı və Məqduniyəli İskəndər zamanında onun əmriylə yandırıldığı rəvayət edilir. İrani boylar tarixi mutəxəssisləri bu rəvayətin uydurma olduğu və doğru olmadığı fikrinə yetişmişlər. Bu yazının hədəfi bu məsələyə ışıq tutmaq və qismən aydınlığa çatdırmaqdır.
Bilindiyi kimi Əvesta İrani boyların ən qədim kitabı olaraq qəbul edilməkdədir. Bu kitab bir məcmuədir və Tövrat kimi bir neçə kitabdan təşkil tapmışdır. Bu kitabın en qədimi bölümü Yəştlər kitabına girən və ortaya çıxdığı zaman baxımından Zərdüşt`dən qabaqkı dövrə aid olan bir neçə Yəşt`dir. Qathaların isə ya Zərdüşt`ün özü tərəfindən ya da az zaman sonra yaradıldığı[1] təxmin olunur. Ona ən yaxın kitab isə Qathaların yer aldığı Yəsna`lardır. Qathalar 72 bölüm olan Yəsna`lar kitabının 28-34, 43-51 və 53. bölümlərini təşkil etməkdədir. Vəndidad, Visperad və Xorde Əvesta isə daha sonrakı zamanlara aiddir. Mezopotamya (Beyn-ül`Nəhreyn) külrüründən bol təsir alan Vəndidad`ın o məntəqələrə yaxın yerlərdə yazıldığı təxmin edilməkdədir. Xorde Əvesta isə Sasanilər dövründə yaradılmışdır.
Bu kitabın Həxamənişlər zamanında 12000 inək dərisi üstündə yazıldığı, Məqduniyəli İskəndər`in Həxamənişlərə həmlə elədiyi zaman onun emriylə yandırıldığı rəvayət edilməkdədir. Bu rəvayətlərin hamısı Zərdüşti ədəbiyatında qeyd olunmuşdur və başqa tarixi əsərlərdə belənçi ifadələr yoxdur. Bəzən də onlardan nəql eliyib anladırlar.
Ancaq bu rəvayətlərin qondarma və yalan olduğu və Zərdüşti din adamları tərəfindən uydurulduğu iləri sürülmüşdür. Bu görüş bir çox dəlil ilə dəstəklənməkdədir:
1. Bəzi araşdırıcılara görə Sasanilərdən, bəzi araşdırıcılara görə də İslam`dan qabaq İrani boylarda yazı və yazmaq kültürü yaranmamışdır. Şərqin bəzi kültürlərində söz və şe`r hər zaman yazıdan daha önəmli idi və yazı heç bir zaman sözün yerini tutabilməmişdir. Məxsusən dini mərasimlərdə rituellərlə birlikdə söylənən sözlər dini don giydiyi için daha da önəmli olmuşdur. Bu da Yunan kültüründə mythos kələməsinin muadilidir. Əvesta da bu adət hesabı yüzyıllar boyunca Zərdüşti din adamları tərəfindən sinədən sinəyə əzbərləmə yolu ilə sonrakı nəslə intiqal etdirilmişdir. Söyləm və söz mənasına gələn Qatha`lar kələməsi də buna bir subut olarak göstərilə bilər.
2. Əvesta`da yazı və yazmaqdan heç söz getməz. Bir say yerlərdə Qatha`ların oxunmasından söz gedir amma bu oxumanın bir yazının vəya kitabın mətnini oxuma mənasını vermir. Bu oxumalar bilinən və əzbər olan bir şeyləri oxuma mənasına gəlir. Bugün Farsça`da yazmaq mənasına gələn `neveştən` kələməsinin qədimi şəkli olan `nepel` və daha sonrakı şəkli olan `nepeş` Əvesta`da görülmür. Sasanilərdən qabaq İrani boylarda kitabın var olduğuna dair heç bir dəlilimiz yoxdur.
3. Sasanilərin son dövrlərində və İslamiyət`in əlk əsrlərində Əvesta`nın Zənd adı altında təfsərləri yazılmışdır. Yazı kültürü olmayan və əzbərləmə yoluyla əntəqal edən sözlər zaman boyunca təhriflərə və şəkil dəyişməsinə uğrayabilər. Bu təfsir yazıları və daha sonra isə bu təfsir yazılarına Pazənd adı altında yazılan ikinci təfsirlər də bunu göstərse gərək.
4. Bu kitabın Həxamənişlər dövründə 12000 inək dərisi üstünə yazıldığı və Təxt Cəmşid`də saxlandığı rəvayət edilməkdədir. Bugünə qədər Həxamənişlərin Zərdüşti olub olmadıqları ciddi bir bəhslər məsələsi olmuşdur. Artıq Qathalar ve Əvesta`nın dərin tədqiqatından sonra Zərdüştiliyin İran`ın şərq tərəflərində, Bəlx və Xarəzm tərəflərində ortaya çıxdığı məsələsinin ağırlıq qazanması, dərin tədqiqatlardan sonra isə Həxaməniş sülaləsinin dininin Zərdüşti olmadığı və Zərdüştilikdən qabaqkı inanclara inandıqlarının isbatından sonra belənçi bir kitabın o dövrdə yazılmasının mümkün olmadığı məsələsi ortaya çıxmışdır. Həxaməniş mixi yazılı kətibələrin verdiyi məlumatlar, antik Yunan yazarlarının Madlar və Həxamənişlər haqqında verdikləri məlumatlar, Əvesta`nın bir kitabını təşkil edən Yəşt`lər kitabının bəzi qismətlərinin Zərdüşt`dən qabağa aid olmasının isbatı və bu bölümlərin verdiyi məlumatlar və bu məlumatların Hintlərin qədim əsəri olan Veda`lar ilə muqayisəsi artıq qət`i bir şəkildə subut etmişdir ki Həxamənişlər Zərdüşti deyildirlər.
5. Həxamənişlərdə əgər bu şəkildə böyük və geniş bir yazı kültürü var idi və 12000 inək dərisi üsrünə yazılacaq qədər inkişaf etmişdi belənçi bir kültür İskəndər`in bir həmləsi ilə aradan getməməli, dəvam etməli və yüzillər boyunca məhsullar verməli idi. Bu noqtaya gəlməsi isə bu proses olmalı və bunun qabaqkı versdiyonları da olmalı idi. Amma bu mövzüdə indiyə qədər heç bir şey tapılmamışdır. Bu kitabın hansı əlifba ilə yazıldığı və bu əlifbanın o dövrdə təşəkkül edib edə bilməyəcəyi belə dartışmalar mövzusudur.
6. Həxamənişlər dövründən qalma mixi yazılı kətibələr elm aləminə bilinməkdədir. Bu kətibələr daş və palçıq üstünə yazılmış və Beyn ül-Nəhreyn yazı kültürünün təsiridir. Bilindiyi kimi Həxamənişlər bir çox məsələdə Elam, Babil və Açurlardan dərin təsirlər almışdılar. Yazı məsələsi də bu təsirlərdən birisidir. Ancaq bir çox alim və muhəqqiqin də işarət elədiyi kimi bu yazılar Farslarda əslən bir adətin dəvamı deyildir və Həxaməniş dövrü mixi yazısı Dariuş`un əmriylə qondarma bir əlifba olaraq icad edilmişdir. Yazıdaki tutarsızlıqlar və təzadlar da bundan nəş`ət almaqdadır. Ayrıca Təxt Cəmşid`də minlərcə Elam və Arami dilində lövhənin tapılmasi bunu göstərdi ki o dövrdə kitabət dili Elam və daha sonra Arami dili olmuşdur, Farsi deyil. Hətta daha sonra Pəhləvi əsərlərdə Həzvareş[2] deyilən məsələnin ortaya çixması da Arami katiblərin Həxamənişlər dövründə buraxdıqları dərin təsirin dəvamı olaraq yorumlanmaqda və bu katiblərin geniş varlığına işarət etməkdədir.
7. Əşkanilər dövründə Balaş`ın Əvesta`nı təkrar tərtib ettiyi və dezənə saldığı rəvayət edilməkdədir. Buradan da yazı ilə əlaqəli bir mövzunun anlaşılması mümkün deyildir. Elm adamları burada Balaş`ın, İskəndər və canişinləri zamanında Əvesta`nın pozulan əzbərləmə və əzbərlətmə yolu ilə öyrənmə sisteminin qurdurduğu nəticəsinə yetişmişlər.
Bu yalan nə zaman, niyə və kimlər tərəfindən ortaya qoyulmuşdur? Şərqi İran`ın məhsulu olan Zərdüştiliyin, İran`a yayıldıqdan sonra, İran kimi fərqli kültürlərə sahib olan bir coğrafyada diyəcək bir sözü və fonksiyonu qalmamışdır. O`nun quru dini təlimatları İran`a əslən munasib deyildi. Ayrıca Xıristiyanlıq və İran`a daha munasib bir din kimi görünən Manilik kimi kitablı dinlər insanlara daha da cazib görünməkdeydi. Bu iki dini axımlar Zərdüştiliyə çox təhlükəli olduqları için bu dinlərə inananlar Sasanilər dövründə saysız zülm və cinayətlər və qətliamlara məruz qaldılar və Mani`nin özü belə Zərdüşti din adamlarının oyunları və təhrikləri nəticəsində Sasani hökümdarının əmriylə dərisi soyularaq öldürüldü. Tərəfdarları isə qətliam edildilər və bir çoxları ölkədən köçmək zorunda qaldılar. Xıristiyanlar da ağır işkəncə və haqsızlıqlara düçar oldular. Bu kitablı və təhlüki dinlər qarşısında Zərdüşti din adamlarının baş vurduqları çarə qondarma bir keçmiş və yalanlar olmuşdur. Onların da yazılı keçmişləri olduqları, ancaq lənətli İskəndər zamanında hər şeyləri yandırıldığı üçün Əvesta`nın yazılı nüsxələrinin yox olduğu uydurma nağılını qoşdular.
İslamiyət İran`da hakimiyəti ələ geçirdiyi zaman Zərdüştilərin çətin günləri başlamışdır. Müsəlmanlar onlara kitablı din olaraq baxmırdılar, ancaq Qur`an`da onlardan yad edilmişdi və Məcusi adı altında yad olan Zərdüştilər bu fürsətdən faydalandılar və çox əcələli bir şəkildə bütün Əvesta`nı yazıya keçirərək kitablı dinlər arasına girməyə nail oldular. Bugün də əlimizdə olan bütün Əvesta nüsxələri İslam`dan sonraya aiddir. Ancaq kitablı din sayılsalar belə Əvesta, dəgər dinlərdə məsələn İslam, Xıristiyanlıq və Yəhudiyət`də tərtib ilə Qur`an, İncil və Tövrat`ın sahib olduğu əhəmiyətə sahib deyildi və olmadı da. Zatən Zərdüştilik ömrünün sonuna gəlmişdi və fəqət şahlara və toplumun üst siniflərinə xitab edən bir din olan Zərdüştilik, geniş xitab kütləsi olan İslamiyət kimi dinlərin qarşısında diyəcək bir sözü yox idi. Kitablı olmararına rəğmən Müsəlmanların əziyətlərinə məruz qalan Zerdüştilərin mühim bir miqdarı Hindustan`a köç etmək məcburiyətində qalmışdır. Hind Parsiləri adıyla da tanınan bu Zərdüştilər İran`da Fars şovinizminin təməllərinin atılmasında və Riza Şah`ın iş başına gəlməsində önəmli rol oynayacaqdılar.
Hiç yorum yok:
Yorum Gönder