Tarihçi-Araştırmacı

Tarihçi-Araştırmacı/Historian-Researcher/مورخ و محقق


Bloqa Xoş Gəlmişsiniz/Bloga Hoşgeldiniz/Welcome to the Blog/به بلوگ خوش آمدید/بلوقا خوش گلمیشسیز/


20 Kasım 2010 Cumartesi

İran`da Muxəddir Maddə Məsrəfinin Tarixçəsi
Qədim Ariayi və Fars Kültürlərində Muxəddir Maddənin Yeri və Günümüzə Qədər İran`da Yaratdığı Dəvamlılıq




Günümüzdə muxəddir maddələr toplumun və insanların dərd və bəlasıdır və toplum gənclərinin beynini uyşuduraraq  topluma faydalı  insan olmaqdan çıxardır. Bir çox təhqiq və araşdırmada bu məsələ ələ alınmış və fərqli zaviyələrdən bu məsəsləyə baxılmışdır. Bu təhqiqlərə baxdığımız zaman bir çoxunda fərdi, ictimai və çevrə faktorları muxəddir maddə bəlasına düçar olmanın başında gəldiyi görülməkdədir. Ancaq kültürəl məsələlərə və muxəddir maddənin o toplumun düşüncəsindəki yerinə çox əhəmiyət verilməməkdədir. Nadir araşdırmalarda üstü örtülü bir şəkildə bəzi kültürəl məsələlərə toxunulsa da müstəqim bir şəkildə məsələyə işarə olunmamaqdadır. Bu araşdırma İran`da muxəddir maddənin istehsal və məsrəfinin çox yuxarı olması səbəbiylə fərdi, ictimai və iqtisadi faktorların yanında bunun bir kültür məsələsi də olduğunu, tarixi zəminələrə sahib olduğunu və qədim zamanlardan gələn bir adət olduğunu ortaya qoymayı hədəfləməkdə və bir  dənəmə yazı mahiyətini daşımaqdadır.

Günümüzdə İran`ın şərq məntəqəsi məxsusən Əfqanistan, muxəddir maddə mövzüsündə dünyanın ən böyük tiryek zəmilərinə sahibdir və burada istehsal edilən tiryek, xaşxaş və onlardan əldə edilən şimiyayi muxəddir maddələr dünyanın bir çox yerinə aparılır. İstehsal edilən muxəddir maddənin çox böyük bir qismi isə İran`a gətirilir və gənclərin həyatını alt üst edir. İran`da, rəsmi rəqəmlərə görə 2 milyondan çox mo`tad vardır və bu, rəsmi rəqəmlərdir. Bir də geyri rəsmi rəqəmlər vardır ki bu da mo`tadların daha çox olduğunu göstərir. Əfqanistan qədim İran kültürü və Zərdüşti dininin ortaya çıxdığı və yayıldığı ilk yerlərdən birisi olaraq çox muhim bir yerə sahib olduğu bilinməkdədir.

Muxəddir maddənin məsrəfi çox qədim zamanlardan bəri bilinməkdədir. Bəzi Sumer mətinlərində xaşxaş`dan “səadət verən bitki” olaraq söz edilmişdir. Sumerlər xaşxaşı xəstəliklərin dərmanında işlədirdilər. Qədim Misr, Aşur və Roma`da da qidməti 4000 ilə çatan xaşxaş gülü rəsimləri tapılmışdır. Xaşxaş`ın Misr`dən Yunan`a və oradan da Avropa`ya getdiyi rəvayət edilir. Tarixin atası Herodot`da “nafnata” olaraq geçən və “kədərləri, qəmləri aradan aparan” mənasına gələn kəlimə tiryek mənasına gələn bu kələmədir.

Ariyayi boylarda tiryek və həşişin məsrəfinin çox uzun keçmişi vardır. Savaşlarda yaraların və xəstəliklərin dərmanında bu bitkilərin təxdir edici xasiyətlərindən istifadə olurdu. Ariyayi boylarda Sanskrit dilində bhang, Əvesta`da bangha, Pəhləvi dilində məng və Arapça`ya isə bənc, mənc şəklində geçən və günümüz Fars dilində bəng və məng şəklində işlənən bu kələmə həşiş mənasına gəlməkdədir. Şahdana bitkisinin toxumları əzilib toz şəklinə gətirildikdən sonra ələ gələn bu muxəddir maddə süt və şəraba qarışdırılaraq məsrəf olardı. Ayrıca Ərəb dilində Əfyon şəklini alan muxəddir maddənin əsil şəkli Əbyon`dur və qədim Farsca`dır. Yəni bu kələmə Fars dilindən Ərəb dilinə keçmiş və Fars kültürünün məhsuludur.

Ariyayilərin bir qolu olan Hindlilərdə həşiş və tiryekin geniş məsrəfinə dair məlumatlar vardır. Buradakı məsrəfin daha çox dini xususiyət daşıdığını və dini mərasimlərdə işləndiyini görməktəyik. Orada həşişin yapraqları toz şəklinə gətirilir və şərbət düzəldilərək içilirdi. Hətta bu şərbət və onun qabı ev sahibinin iqtisadi gücünü ortaya qoymada və prestij qazanmada çox muhim idi. Təqdim olunan tiryek şərbətini içməmək ev sahibinə sayqısızlıq etmək mənasına gəlirdi. Həşişdən də toy mərasimində istifadə olunurdu və toy sahibi tərəfindən qonaqlara dağıdılmalı idi.

İrani boylar arasında da muxəddir maddə məsrəfinin uzun keçmişə sahib olduğu bilinməkdədir. Fars mifologiyasına görə bütün İrani boyların atası sayılan Feridun, ilanın bədənindən əfsun və tiryeki düzəltmişdir. Herodot`a görə şahdana (həşişin, bəngin tuxumu) İskitlərin olduğu məntəqədə çox əmələ gəlirdi və İskitlər onu çox isti daşların üstünə ataraq çıxan şiddətli buxardan uyuşurdular. Araşdırıcı Meuli, bu işin bir xələsəyə getmə vəsiləsi olduğunu ortaya qoymuşdur.

Qədim Zərdüşti ədəbiyatında muxəddir maddə ilə əlaqədar bir çox yerdə ifadələr görülməkdədir. Əvesta`nın kitablarından birisi olan Yəştlərdə bəng kələməsinə rast gəlinməkdədir. 13. Yəşt`də “çox miqdarda bəng sahibi” mənasına gələn “Pouro bəngha” adında birisindən söz edilmişdir. Genə Əvesta`nın bir başqa kitabı olan Vəndidad`da isə bu maddənin Əhriməni bir maddə sayıldığı və cənin düşürmək için işləndiyi görülməkdədir. Sasani dövrü əsərlərində Bundahişn`də də bu kələmənin geçdiyi görülməkdədir. Bu əsərə görə ilk faydalı heyvan Əhrimən`in qəzəbinə düçar olmadan bu maddənin vəsiləsiylə həlak edilmişdir. Zərdüşti ədəbiyatının məşhur kitabı Ərdavirafname (Ərdavirazname)de de muxəddir maddənin məsrəf olunmasına dair qeydlər vardır. Ərdaviraf axirət dünyasından xəbər gətirməyə getmək istədiyi zaman din adamları bəng (həşiş)in tozunu mey (şərab)ə qarışdırmışlar və O da ondan üç qədəh içmişdir. Nyberg, Milad`dan qabaq İran`ın qərb tərəfində olan bir həşiş mərkəzindən söz etməkdədir.

Tiryekin ağrıları və sancıları azaldıcı təsiri Zəkəriya Razi və Əbu Əli Sina tərəfindən bilinməkdə və işlədilməkdə idi. İlk dəfə Əbureyhan Biruni, əfyon`un e`tiyad və təxdir edici xasiyətinə işarət etmişdir.

Əlbəttə bu söylədiklərimiz dini mərasəmlərdə, heç bir pis mənası olmayan, dini dəyərlərə sahib bir sistemdə vəya tibbi hədəflər üçün istifadə olunurdu. Buradan yola çıxacağımız nöqtə muxəddir maddənin bir millətin və xalqın kültüründə nə qədər muhim olduğu və zaman boyunda bu önəmdən qaynaqlanan bir dəvamlılıq qazanaraq günümüzə qədər gəlməsidir.

İran toplumunda muxəddir maddədən suistifadə eləmənin ilk numunəsi Həsən Səbbah hərəkətində görülmüşdür. Türk Sünni Səlcuqlulara qarşı başlatdığı teror hərəkətində Həsən Səbbah, həşişin köməyiylə fədayilərin huşunu başından alaraq pis işlərə yolladığı və teror fəaliyətlərinə məcbur etdiyi görülməkdədir. Tarixdə Xəşxaşilər hərəkəti olaraq məşhur olan Həsən Səbbah hərəkəti Qəzvən`dəki Alamut (Ələmut) qalasında məskən tutaraq oranı fəaliyətlərinin mərkəzi etmişdir. Bu guruhun ən böyük işi Səlcuqlu sultanı Məlikşah`ın iş bilən vəziri Xacə Nizam əl-Mülk`ün teroru olmuşdur. Uzun illər Alamut (Ələmut) və ətrafına hakim olan Xaşxaşilər, Hülagü Xan əmrindəki Moğol qoşunu tərəfindən ortadan qaldırılmışdır.

Orta Asya Türk kültüründə Muxəddir maddənin məsrəfinə dair heç bir qeyd və işarət yoxdur. Orxun Kitabələrində və dəstanlarda da bu maddənin məsrəfinə dair heç bir iz yoxdur. Türklərin İslam`ın ilk əsrlərində vucuda gətirdikləri əsərlərdə belə belənçi bir kültürün varlığına şahid olmuruq. Bu nədəndən dolayı İran`dakı Türklərin muxəddir maddənin məsrəfini Farslardan öyrəndikləri və bu kültürdən bir alıntı olduğunu söyləmək mümkündür.

Səfəvilər dövründə muxəddir maddənin məsrəfinin yuxarı olduğu və nigəran edici bir vəziyət yarandığı üçün 1. Təhmasb və Şah Abbas bu məsəslə ilə ciddi bərxurd eləmişdilər. Onlar muhim miqdarda muxəddir maddəni ortadan qaldırmışlar və adətini tərk etməyənlərə cəzalar vermişdilər. Ancaq bu tədbirlərə rəğmən muxəddir maddə məsrəfinin azalmadığı və çoxaldığı da rəvayət edilir. Qaynaqlarda bu dövrdə Köknar Xana adında yerlərin olduğu və orada neşə olmaq üçün xaşxaşın qaynatılaraq suyunun içildiyi ifadə edilməkdədir.

Qacarlar dövründə toplumun fərqli siniflərində tiryekin məsrəfindən, bəzən tüstüsünün çəkilməsindən, bəzən də toz şəklində udulmasından məlumatlarımız vardır. Bu dönəmdə dərvişlərin xaşxaş işlətdikləri bilinməkdə idi. Bu dövrdə də həşiş Əfqanistan`dan təmin olurdu. Əfqanistan`ın İran`dan qopmasından sonra çox sayda Həratlı Əfqan`ın Tehran`a yerləşdiyi və bu səbəbdən ötürü həşişin məsrəfinin yuxarı getdiyi ifadə edilməkdədir.

18. əsr və 19. əsrin ilk yarısında tiryek istehsalı rəsmi olaraq var idi və qadağan deyildi. Hətta İran bu zəminədə ən fəal ölkələrdən birisi idi. İstehsal olan tiryekin çoxu məmləkət içində məsrəf oludu. Bu işdə böyük pulların olduğunu anlayan dövlətlər tiryek sadiratına başlamışdılar. İran dövləti də İngilistan dövlətindən Hindistan`a tiryek sadir eləmə iznini almışdı. O dönəmlərdə ölkənin iqtisadı tiryekə bağlı  idi və gəlirinin böyük bir qismi bu yoldan təmin olurdu. Bu da din adamlarının bu məsələ ilə mücadələsinə mənfi təsir qoyur və çox faydalı olmamasına səbəb olurdu. Bu da o zamanlarda İran`da çox miqdarda muxəddir maddənin istehsal olunduğunu və millət arasında çox məsrəf olduğunu göstərməkdədir.

20. əsrə gəldiyimiz zaman yavaş yavaş bu muxəddir maddələrin zərərli xasiyətləri ortaya çıxmışdı. Onun üçün bəzi məhdudlaşdırıcı qanunların olmasının faydalı olacağı düşünülürdü. İran`da muxəddir maddələrin məsrəfini məhdudlaşdıran ilk qanunun 1290 Şəmsi ilində təsvib olduğu bilinməkdədir. Bu qanunda muxəddir maddə məsrəf eliyənlərə səggiz illik bir zaman tanınırdı və bu müddətdən sonra artıq məsrəf eləmə qadağan idi. Məsrəf eliyənlərə kartlar verilmişdi və onlardan maliyat alınırdı. Bu vəziyət dövlətin inhisarına geçmişdi və dövlət bu yoldan yaxşi gəlir qazanırdı. 1305 ilində ölkənin %8 gəlirinin muxəddir maddələrdən əldə edildiyi ifadə edilməkdədir. Bu faydalı qazanc yolunu görən bəziləri tiryeki qaçaq şəkildə sadir eləməyə və morfini qaçaq yollardan ölkənin içinə gətirməyə başladılar. Ancaq dövlət 1301 ilində muxəddir maddə varidatını qadağan elədi.

1307 ilində beynəlmiləl fişarlar nəticəsində İran dövləti, xaşxaşın inhisarını da əlinə almaya, on il içində əkilən topraqları məhdudlaşdıraraq yavaş yavaş məsrəfin azalmasını təəhhüd etməyə məcbur oldu. Ancaq buna rəğmən əkilən topraqlar 1.5 bərabər çoxaldı və rəsmi şəkildə sadir olan tiryek 1307 ilindəki 291.5 tondan 1317 ilində 448.3 ton oldu. Bu dövrdə ölkənin iqtisadı tiryekə bağlı idi və bu da qanunun yaxşı icra olmamasına səbəb olurdu. Əkincilərdən alınan tiryekin giymətinin aşağı olması qaçaq yollardan da sadir olmasına səbəb olmuşdur.

Bu vəziyətin nəticəsində İran`da çox sayda mo`tadın ortaya çıxdığı təsbit edilmişdir. 1322 ilində rəsmi rəqəmlərə görə 14 miyon cəmiyətin 1.5 milyonu muxəddir maddə məsrəf edirdi.

1334 ilində xaşxaşın əkilməsi qadağan edildi və bu da ölkəyə qaçaq yollarla girən heroyin və morfinin ayağını açdı. 1338 ilində təsvib olan “qaçaq muxəddir maddə ilə mücadələ qanunu”nun da faydalı olmadığı görülməkdədir. Çünki polis tərəfindən tutulan muxəddir maddələrin miqdarı her geçən il artış göstərirdi. 1338 ilində 5 ton tiryek ve 4.5 ton heroyin tutulmuşdu, halbuki bu rəqəmlər 1344 ilində tərtib ilə 13 və 17 tona yetişmidi. 1347`də İran, polis tərəfindən kəşf edilən muxəddir maddə baxımından dünyanın birinci ölkəsi olmuşdur.

Bu gedişat günümüzə qədər davam etmişdir. Hətta bir çox məntəqədə fəlakət həddinə qədər yetişmişdir. İran`ın şərq məntəqələrində və Əfqanistan ilə Pakistan`a qonşu olan bölgələrdə muxəddir maddə və məxsusən tiryek önəmli sayda insanın həyatında muhim yer tutmaqdadır. Bu məntəqələrin kültüründə tiryek siygar kimi məsrəf olur və işin calib tərəfi də bu işin heç bir pis yani olmamasıdır. Yəni yemək yedikdən sonra vəya qonaq gəldiyi zaman tiryek mənqəlləri hazırlanır və hərkəs tiryek çəkər. Bu sətirlərin yazanı bu mərasimə və bu adətə həm şahid olmuş, həm də bu cümlələri o məntəqə sakinlərindən eşidərək yazmışdır. İçində olduğumuz yüzildə fərdi, ictimai və çevrə faktorlarının təsirlərini də hesaba qatmalıyıq. Kompleks və maşini dünyamızın gətirdiyi bir çox faktor, kökü İrani boylardan gələn və kültür təməlinə dayanan bu pis adəti şiddətləndirməkdədir.

Bugün muxəddir maddənin mənfi təsirlərinin bilindiyi və ortada olduğu dünyamızda, əleyhinə olunan propaqandalara rəğmən İran`dakı məsrəf baxımından genə də tiryek birinci yerini qorumuşdur. Ancaq heroyin qorxuducu adı səbəbindən ötürü yerini kristallaşdırılmış şəkli olan krak`a buraxmış və bu maddənin məsrəfi çox yayılmışdır. İran`ın “Muxəddir Maddə ilə Mücadələ Orqanı”nın verdiyi rəqəmlərə görə geçən iki üç il içində İran bazarına girən krak ikinci yeri almışdır. İçinə bir çox xətərli maddə qarışdırılan krak`ın, heroyindən 150 qat daha təhlükəli olmasına rəğmən ucuz və rahat tapılması səbəblərindən ötürü gənclərin çox məsrəf elədiyi maddə olmuşdur. Bu muxəddir maddə ailələrin ehtiyacı olan bəzi yemək maddələrindən daha rahat tapılır.

Muxəddir maddənin giyməti və məsrəfi arasında tərs bir rabitə vardır. Hər nə qədər giymət aşağı olsa məsrəf bir o qədər yuxarı gedər. İran`daki məsrəfin yuxarı olmasının səbəblərindən birisi də budur. Çox ucuz giymətə muxəddir maddə tapmaq mümkündür. Muxəddir maddənin eyni zamanda təhsil səviyəsi ilə də tərs rabitəsi olması etibariylə və son zamanlarda yüksək təhsil alanların sayısının çoxalmasıyla e`tiyadın bir miqdar azalması umud edilməkdədir.

Qapalı ata salar bir camiədə yaşadığımız üçün qadınların muxəddir maddə məsrəfindən doğru məlumatlar əldə yoxdur. Ancaq təhsil imkanının artıq qız və oğlana bərabər şərtlərdə olduğu günümüz İran`ında bu maddənin təmin edilməsinin qızlar üçün də biraz rahat hala gəldiyini demək mümkündür. Ancaq hələ oğlanlar və kişilər səviyəsinə gəlmədiyi görülməkdədir.

Nəticə olaraq İran`da bugün məsrəf olan çox miqdarda muxəddir maddənin ən önəmli səbəblərindən birisi də bu maddənin Fars kültüründəki mühim yeri və o zamandan günümüzə bir dəvamlılıq qazanaraq bugün də daha şiddətli bir şəkildə gənclərimizin hayatıyla oynamaqda və gələcəyimizin potansiyellərini hədər etməkdədir. Bu maddənin məsrəfinin dini mahiyət daşıması və zaman irəlilədikcə buna tibbi tərəfinin əlavə olunması onu daha da önəmli yerə sahib qılmışdır. Yazının başında işarət edildiyi kimi kompleks dünyamızın fərqli bir çox faktoru da muxəddir maddənin məsrəfində çox muəssir rollar oynamaqdadır.

Hiç yorum yok:

Yorum Gönder